Həzz və məhdudiyyətlər arası xoşbəxtlik naminə assosiativ bağlılıq
BLOGS
1/9/20171 min read


Həzzlər, yalnız özünü məhdudiyyətlərin varlığı ilə təcəssüm etdirmək iqtidarındadır.
İnsan adaptiv varlıqdır, bundan əlavə, onun yaddaş adlı bir boxçası da var ki, bu da şüurun günlük rutinlərə, mütəmadi eyniliklərə qarşı itələyici reaksiyasını aktivləşdirir.
Uyğunlaşma (adaptasiya) adiliyə yol açır, adiliklər isə həzzi (həzz – ilkinlik, ilkin olduğu üçün pozitiv həyacanvericilik, orjinallıq içdənlik və nadirlik kimi bir sıra məhfumlarla assosiasiya olur) məhv edir.
Yaddaş isə bu məhvetmə işini həyata keçirən adaptasiyanın mövcudluğunu var edir. Qısaca, məhdudiyyətlərin şüurlu şəkildə qoyulması və ondan istifadə, əslində həzzin və həzzdən yaranan xoşbəxtliyin (Hedonizm) açarıdır, əsasıdır.
Həzz verici məhfumların tükədilməsi zamanı adaptiv və yaddaşlı varlıq olduğumuzu unutmamalıyıq; yoxsa, biz bizi xoşbəxt edən həzzlərimizi bir-bir məhv edərək sonda nihilizmə, xroniki depressiyaya düçar ola bilərik.