İnsan qətletməyə/öldürməyə meyilli canlıdır.

BLOGS

4/8/20172 min read

İnsan xarakterik olaraq qətl etməyə, digərlərini öldürməyə meyillidir.

Bugün, insanların digərini öldürməməsi ağılın empati quraraq özünü qoruması üçün hazırladığı “təbii hüquq və bu hüquqdan yaranan normativ hüquq” sisteminə görədir.Bu hüquqi normativlərə görə, bugün kimisə öldürmək cəza prosedurlarına məruz qalmağımıza səbəb olur.Amma insanlar bu öldürmək, məhv etmək instinklərini alternativ yolla ödəyirlər.

Bu yol isə müharibələrdir !

Müharibələrin normativlərə uyğun olması səbəbindən, müharibə əsnasında insanlar bacardığı qədər daha çox zorakılıqlara, vandalizmə, öldürməyə can atırlar.Bu onların instinktiv təbiətlərinin təzahürüdür.

Çünki sosial darvinizmə də əsasən hər bir canlı digər canlını məhv etməyə yönəlikdir, bir növ bunu spermaların qadın bətninə doğru radikal yarışmasında da görə bilərik, hansı ki, bu zaman, yalnız bir sperma hüceyrəsi sağ qalmaq şansını qazanır.

Dünya sisteminin faktiki şəraitində müharibələr yaxud müharibənin bir növü olan terrorizmlər qaçılmazdır. Ən yüksək inkişaf ibelə insanların bu instinklərini cilovlamır. Xoşbəxtlər ölkəsi sayılan Norveçdə belə insanlar bunun digər vasitələrini həyata keçirirlər bu da intihar, yəni öz-özünü öldürmədir. Burda da öldürmək aktı həyata keçirilir, sadəcə son gedişat kimi insan öz-özünə qəsd edir.

Bu insanın özünü disfunksional hiss etməsi ilə bağlıdır, çünki artıq o insanlar üçün hansısa çırpınacaq məqsəd qalmadığından, öz-özünü məhv etmə başlayır. Keçmişdə şəhər dövlətlər ya tayfalar bir-birlərin qırırdılar, sonra onlar birləşdi dövlətlər yarandı. İndi isə dövlətlər bir-birlərini qırmağa davam edirlər.

Ancaq Qalaktikamızda, ya ondan xaricdə bir düşmən tapıldığı zaman dünya insanları vahid “etnosa” dönüşəcək və vahid “Dünya Dövləti” də bərqərar olacaqdır. Bu da kütlələrin yaranma proseduruna uyğun formatda baş verəcək.