Qadınlar nə istəyir ?

BLOGS

4/18/20172 min read

Hər canlının instinkləri var və necəki, iki erkək canavar, aslan döyüşür dişi aslan, canavar baxır və qaliblə cütləşir. Dişiyə güclü olan, həyatda qalmağı bacaran təbii seçmə mexanizmində qalib olan erkək lazımdır. İbtidai vəhşi təbiətdə dişinin ehtiyacları, yaxud erkək seçmek kriteriyaları həmən erkəyin namizəd olan, digər erkəklər içindən vuruşaraq qalib çıxması və ov ovlamaqda bacarıqlı olması ilə əlaqəlidir.

Dişi gözləyir ki, hansı erkək onu qazanmaq şansını dəyərləndirəcək, övladının ehtiyaclarını təmin etməyə uyğun olduğunu göstərəcək (analıq instinki) və o, həmən erkəyi seçəcək. Bütün bunlar ibtidai insan sürülərində də vardı. Onlar ən yaxşı ov ovlayana “aşiq” olur, ən güclüyə meyil edirdiler. Qadın instinklərinin təbiəti birinə ehtiyac duymağa, arxalanmğa, söykənməyə meyillidir. Qadin həmişə güclü bir erkəyə ehtiyac duyub.

Bu güclülük kriteriyası dövrün tendensiyaları ilə təkamül keçirib. Məsələn: güc, bayaq dediyimiz kimi ibtidai şüurlu heyvanlarda ovlamaq, dalaşmaq idi, eynən ibtidai insanlarda da bele idi(indi də bəzən bəzi erkəklərin fiziki üstünlüklə özlərini dişiyə göstərmələri mövcud). İndi isə hər dövrün öz qanunauyğunluğu olduğu kimi indinin tendesiyası da puldur, çünki kapitalizm (pulizm) dövrüdür, indi gücün imitasiyası puldur.

Qadin ise güc xəstəsidir, cünki təbiətən zərifdir ve zərifliyi gücə həsəd aparır, çünki kainatda olan butun elektronlar, protonlar mənfi-müsbət olaraq bir-birin cəzb edir və mənfi müsbət yüklü qüvvələrin qarşılıqlı təsiri, əlaqəsi ilə kainatın mövcud olma potensiallığı baş vermişdir. Qadın da belə, özündə mənfi (yaxud müsbet ) olanların əksini kişidə gördüyü zaman bu onu cəzb edir.

Bu güc isə müxtəlif meyarlarla imitasiya olunub, hansı ki, bu güc sözünü pul, gözəllik, sosial status, yəni nüfuz, sanballı karyera ve s göstərmək olar, amma ilkin olaraq dəyişməyən bir şey var:

İnstinklerin təmini- yəni seks ve yaşam insinkləri.

İki başlıca instinkin təmini bu da baş verir pul(dövr şərtlərinə görə) və seks ilə.

Dəyişən sadəcə formalardır, amma mahiyyət eynidir. Ağ atlı oğlan olub, ağ Galenvagenli oğlan. Bizlər, amma ağ atlı oğlan deyib düşünürük ki, zamanə pisləşib, qızlar indi maşına, pula meyil edir, lakin demirik ki, ay bədbəxt xəyalpərəst, dövrün o zamankı tendensiyasına görə elə ağ Galenvagen ağ at idi də.